"Azəriqaz" SC Qaradağ qaz anbarının genişləndirilməsi ilə əlaqədar podraptçıların cəlb edilməsi üçün tender təkliflərinin hazırlığına başlayıb. Trend xəbər verir ki, bu barədə "Azəriqaz" SC-nin prezidenti Əlixan Məlikov jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, açıq tender keçiriləcək və tenderin qalibi təxminən 2007-ci ilin may-iyun aylarında müəyyən ediləcək. Hazırda bu layihənin maliyyələşdirilməsi üçün kredit vəsaitlərinin cəlb edilməsi məqsədilə xarici bank və beynəlxalq maliyyə institutları ilə danışıqlar aparılır.
Ə.Məlikovun sözlərinə görə, Qaradağ qaz anbarının genişləndirilməsinə 170 mln. dollar lazımdır, layihənin realizəsi isə anbarın həcmini 2,3 mlrd.m3 qaz tutumuna qədər artırmağa imkan verəcək.