...

Azərbaycanda elektrik enerjisinin istehlak həcmi artıb

Energetika Materials 23 Dekabr 2006 11:36 (UTC +04:00)

Hazırda Azərbaycanda elektrik enejisindən istifdə nəzərə çarpacaq dərəcədə artıb. Bu barədə "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov Trend ə bildirib.

Onun sözlərinə görə, indi elektrik enerjisinin istehlak gücünün həcmi 400 MVt-a qədər artıb. Əgər keçən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 3800-3900 MVt (Yeni il bayramında 4000 MVt qədər) təşkil edirdisə, hazırda bu göstərici 4350 MVt-a bərabərdir.

İlin əvvəlindən "Azərenerji" sistemində 21,2 mlrd. kVt/s elektrik enerjisi istehsal edilib ki, bunun 18,9 mlrd. kVt/s-ı istilik elektrik stansiyalarının payına düşür.

Xəbər lenti

Xəbər lenti