...

Azərbaycan Dövlət Neft Şirkəti Türkiyədə neft emalı üzrə kompleks yaratmaq niyyətindədir

Energetika Materials 30 Dekabr 2006 13:07 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Ceyhanda (Türkiyə) Azərbaycan neftinin emalı üzrə kompleks yaratmaq niyyətindədir. Trend xəbər verir ki, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, hazırda layihənin ilkin hazırlıqları aparılır.

"Sonradan bu kompleksdə həmçinin kimya məhsullarının istehsalı da nəzərdə tutulub. Belə kompleksin yaradılması Türkiyənin köməyi ilə Avropa bazarlarına çıxmaq imkanı verəcək", - deyə o bildirib.

Bundan başqa, Azərbaycan Türkiyədə öz qazının satışını təşkil etmək niyyətindədir. Dekabr ayında ARDNŞ Türkiyənin Turcas şirkəti ilə Azərbaycan qazının satışı ilə məşğul olacaq SOCAR & Turcas Enerji A.S. yeni birgə şirkət yaradıb.

"Gələcəkdə biz Türkiyədə Azərbaycan qazının satışı ilə özümüz məşğul olmağı planlaşdırırıq", - deyə R.Abdullayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti