...

Azərbaycanda benzin və dizel yanacağının bahalaşması Gürcüstana təsir göstərməyəcək

Energetika Materials 8 Yanvar 2007 15:19 (UTC +04:00)

Azərbaycanda benzin və dizel yanacağının bahalaşması Gürcüstana təsir göstərməyəcək. Bu barədə Trend in Gürcüstandakı xüsusi müxbirinə Gürcüstanın neft məhsullarının istehsal, idxal və istekhlakı Şurasının sədri Vano Mtrvalaşvili bazar ertəsi xəbər verib.

Gürcüstan Azərbaycandan əsasən 92 oktanlı benzin və dizel yanacağı alır ki, bu, yerli bazarın cəmi 55-60 faizini saxlayır. Qalan neft məhsulları Gürcüstana Avropadan gəlir.

Neft məhsullarının istehsal, idxal və istehlakı Şurası sədrinin sözlərinə görə, Azərbaycan höküməti benzin və dizel yanacağının qiymətlərini yalnız daxili bazarda qaldırıb.

"Azərbaycanda benzin və dizel yanacağına olan qiymətlər kifayət qədər aşağı idi. Bizim qiymətlərə görə, Azərbaycanda bu növ yanacağın qşiymətləri 1 litrə 55-60 tetr arasında idi. Vaxtilə dünyada yanacağın qiymətləri bahalaşanda Azərbaycanda neft məhsullarının qiyməti daxili istehlakçılar üçün qaldırılmamışdı. Azərbaycanda yanacağın bu günki bahalaşması bununla bağlıdır və bu, heç bir şəkildə Gürcüstana toxunmayacaq",- deyə Vano Mtvralaşvili qeyd edib.

Onun sözlərinə görə, Gürcüstana yanacaq idxalındakı tariflər Platt`s qiymət təyin olunmasına əsaslanıb.

Hazırda Gürcüstana Avropadan gətirilən 95 oktanlı benzinin 1 litrinin qiyməti 1,45 lari, "super" markalı benzinin 1 litrinin qiyməti 1,50 lari, "reqular" markalı benzin-1,35 lari təşkil edir. Gürcüstana Azərbaycandan gətirilən dizel yanacağının bir litri 1,25-1,30 lari, "reqular" markalı benzinin 1 litrinin qiyməti 1,18-1,20 lari təşkil edir.

Xəbər lenti

Xəbər lenti