...

Azərbaycanda 2006-cı ildə rekord miqdarda elektrik enerjisi istehsal olunub

Energetika Materials 8 Yanvar 2007 17:27 (UTC +04:00)

2006-cı ildə "Azərenerji" səhmdar cəmiyyəti tərəfindən 23,8 mlrd. kVt\saat elektrik energisi istehsal edib. Trend in verdiyi xəbərə görə, bu barədə SC-in mətbuat xidmətinin bazar ertəsi yayılmış məlumatında deyilir.

Sənəddə qeyd olunub ki, bu göstərici Azərbaycan üçün rekord sayılır. 2006-cı ildə elektrik enerjisi işlənməsinin həcmi 2005-ci ilin analoji göstəricilərini 1,5 mlrd kVt\saat aşır.

2006-cı ildə istehsal olunmuş elektrik enerisinin ümumi həcminin 21,3 mlrd kVt\saatı istilik elektrik stansiyasının, 2,5 mlrd-ə qədəri hidroelektrik stansiyanın payına düşür.

2006-cı il ərzində qonşu ölkələrdən elektrik enerjisinin ötürülməsi davam edib. Rusiyadan 0,7 mlrd kVt\saat, İrandan 0,6 mlrd kVt\saat, Türkiyədən 0,3 mlrd kVt\saat, Gürcüstandan 0,05 mlrd kVt\saat elektrik enerjisi alınıb.

Ötən ilin dekabrı ərzində "Azərenerji" Səhmdar Cəmiyyəti tərəfindən 2,5 mlrd-a yaxın elektrik enerjisi işlənib. Dekabrda istehsal olunmuş elektrik enerjisinin ümumi həcmindən 2,3 mlrd kVt\saatı istilik elektrik stansiyasının, 0,2 mlrd kVt\saatı hidrostansiyanın payına düşür.

Ötən ilin dekabrı ərzində Rusiyadan 48,3 mln. kVt\saat, İrandan 84,9 mln. kVt\saat, Türkiyədən 36,1 mln. kVt\saat, Gürcüstandan 12,4 mln kVt\saatelektrik enerjisi alınıb.

Dekabrın 31-də "Azərenerji" sistemində 84,6 mln. kVt\saat elektrik enerjisi işlənib hazırlanıb ki, bu da tamamilə tələbatı ödəyib. 2005-ci ilin dekabrında 80,7 mln. kVt\saat elektrik enerjisi işlənib hazırlanıb.

Xəbər lenti

Xəbər lenti