...

Azərbaycan Dövlət Neft Şirkəti əvvəlcə Bakı-Novorossiysk boru kəməri ilə ixracı nəzərdə tutulan nefti emala göndərib

Energetika Materials 10 Yanvar 2007 13:31 (UTC +04:00)

Azərbaycan hökumətinin şimal boru kəməri ilə Bakı-Novorossiysk marşrutu üzrə neft ötürülməsinin dayandırılması barədə qərarına əsasən Dövlət Neft Şirkəti (ARDNŞ) yanvar ayında bu boru ilə ötürülməsi nəzərdə tutulan 85 min ton neftin ixrac edilməsindən imtina edib. Bu barədə Trend ə çərşənbə günü ARDNŞ-dan bildiriblər.

Hökumətin qərarı ilə 2007-ci il yanvarın 1-dən etibarən qış aylarında elektrik enerjisinə tələbatı ödəmək məqsədilə Bakı-Novorossiysk marşurutu ilə ARDNŞ-a məxsus neftin ötürülməsi dayandırılıb.

İxrac olunmayan neft, elektrik enerjisi almaq məqsədilə elektrik stansiyalarında yanacaq kimi istifadə olunacaq mazut alınması üçün respublikanın nefti emalı zavodlarına göndəriləcək.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AMOK) isə bu boru kəməri ilə neft ötürməyə davam edir. Yanvar ayında AMOK bu istiqamətdə Xəzərin Azərbaycana məxsus sahəsində "Azəri-Çıraq-Günəşli" yatağında hasil etdiyi 315 min ton "Azeri Light" markalı yüngül Azərbaycan neftini ötürməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti