...

Gürcüstana ixrac edilməsi üçün Azərbaycan boru kəmərinə qaz ötürməyə başladı

Energetika Materials 11 Yanvar 2007 13:26 (UTC +04:00)

Hazırda "Azəriqaz" QSC Gürcüstana tədarük üçün nəzərdə tutulmuş qazı boru kəmərlərinə ötürür. "Azəriqaz" QSC-dan cümə axşamı Trend ə bildiriblər ki, yaxın bir neçə saat ərzində qaz Azərbaycan-Gürcüstan sərhədlərinə çatacaq. Bu günün sonuna kimi qaz Gürcüstana çatacaq.

Azərbaycan qazının Gürcüstana tədarükünün sutkalıq həcmi 3 mln. kub metr təşkil edəcək. Azərbaycan 10 gün ərzində Gürcüstana təbii qaz tədarük edəcək. Əldə olunmuşq razılığa əsasnə qaz tədarükü hər ayın 10-dan 20-nə qədər sutkada 3 mln. kub metr həcmində həyata keçiriləcək. Beləliklə, ümumi orta sutkalıq qaz həcmi ayda 1 mln. kub metr təşkil edəcək, necə ki, 2006-cı ildə Gürcüstanın baş naziri Zurab Noqaidelinin Bakıya səfəri zamanı əldə olunmuş razılaşmada göstərilib. Azərbaycan Gürcüstana öz yataqlarından hasil edilmiş qazı tədarük edəcək. Əvvəlcə Gürcüstan və Azərbaycan nümayəndələri 1 min kub metr qazın dəyərinin 120 dollar olacağını qeyd etmişdilər.

Xəbər lenti

Xəbər lenti