...

Qazaxıstan BTC vasitəsilə neft ixracı üçün nəqliyyat sazişi üzrə danışıqlara hazırlaşır

Energetika Materials 25 Yanvar 2007 16:23 (UTC +04:00)

Qazaxstan yaxın vaxtlarda neftin Xəzərdən Bakı-Tiflis-Ceyhan boru kəmərinədək nəqlinin təşkili üçün vacib olan Azərbaycanla nəqliyyat sazişi bağlamaq perspektivlərindən ötrü ticarət danışıqlarına başlamaq niyyətindədir. Bu barədə Trend ə eksklüziv olaraq, "Qazmunayqaz" MŞ SC-nin neft nəqli və xidmət layihələri üzrə idarə direktoru Kairgeldi Kabıldin xəbər verib.

Onun sözlərinə görə, "Qazzaxıstan neft nəqli Xəzər sistemi" layihəsi üzrə əməkdaşlıq prinsipləri əsasında bu həftə "Qarşılıqlı anlaşma barədə" memorandumunun imzalanması nəqliyyat sazişi Nin ticarət prinsipləri barədə danışıqlara başlamağa imkan verəcək.

2006-cı ilin 16 iyununda Qazaxıstan və Azərbaycan arasında Qazaxıstan neftinin Xəzər dənzindən və Azərpbaycan ərazisindən keçməklə BTC sistemi vasitəlsilə dünya bazarına nəqlində dəstək və yardım barədə müqavilə imzalanıb.

Onun sözlərinə görə, Qazaxıstan qazax neftinin Xəzərdən keçməklə BTC-la dünya bazarına nəqli üçün tanker donanmalarını artırmaq niyyətindədir.

"Bize lə su basımı olan tankerlər alacağıq ki, o, bizə neftin Xəzərdən keçirməsində daha səmərəli olsun"-deyə Kabıldin deyib.

Aktau-Bakı dəhlizi neft ixracı üçün, əsasən 13 mlrd barrelədək neft ehtiyatı olan "Şərq Kaşaqanı" yatağından neft ixrac etmək üçün yaradılır. Aktau-Bakı çərçivəsində Qazaxıstan ərazisində Kurık kəndinədək boru kəməri, sutkada 750 min barrel istismar gücü olan terminal tikintisi və neftdaşıyan donanmanı genişləndirmək nəzərdə tutulur.

Xarici şirkətlər Xəzərin Azərbaycan sektorunda xüsusi terminallar tikmək niyyətindədir. Fransanın Total şirkəti Şimali Xəzər neft istehsalçıları adından çıxış edərək, obyektin yerləşə biləcəyi beş ərazi təklif edib: xüsusən Sanqaçal terminalı ilə yanaşı Pirsahat, Bulla adasında Şurabad ərazisi məqsədəuyğundur. Total hesab edir ki, ən sərfəli ərazi Şurabad rayonundadır.

Xəbər lenti

Xəbər lenti