...

Azərbaycanda yeni enerji obyektlərinin yaradılması elektrik enerji ixracını həyata keçirməyə imkan verəcək

Energetika Materials 31 Yanvar 2007 14:08 (UTC +04:00)

Azərbaycanda elektrik enerjisi sərfiyyatının illik səviyyəsi 7-8% artır. Bu, yeni müəssisələrin açılması və əhalinin sərfiyyatının artması hesabına baş verir. Trend xəbər verir ki, bu barədə çərşənbə günü "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən SC-nin vitse-prezidenti Marlen Əsgərova istinadən məlumat verilib.

Bu artımın ödənilməsi üçün dövlət proqramları çərçivəsində yeni istehsalat obyektlərinin - "Şimal" elektrik stansiyasında və Sumqayıtda buxar-qaz qurğularının tikintisinə təşəbbüs verilib. Lakin bu obyektlərin tikintisi bir neçə il ərzində həyata keçirilir, ona görə də modul elektrik stansiyalarının tikilməsi haqqında qərar qəbul olunub.

2006-cı ildə Astara, Şəki, Xaçmaz və Naxçıvanda elektrik stansiyaları istismara verilib. Bakıda modul elektrik stansiyasının tikintisi, demək olar ki, başa çatıb.

Marlen Əsgərovun qeyd etdiyi kimi, bu il Rusiya qazının Azərbaycana tədarükü dayandırılıb. Azərbaycanda iki ən böyük elektrik stansiyaları işləyir və onlar ölkədə hasil edilən bütün elektrik enerjisinin 60-70%-ni verir. Bundan başqa Rusiyanın "EES" RSC Azərbaycanda elektrik enerjisi idxalının həcminin azaldığını və tariflərin artdığını bildirib.

SC vitse-prezidentinin fikrincə, Azərbaycanın enerji sisteminin ənənəvi olaraq enerjidən asılı və defisit olmasına və respublikanın, əvvəlki illərdə olduğu kimi, Rusiya şirkətinin tələbləri ilə razılaşmağa məcbur olacağına xüsusi vurğu edilib. Lakin modul elektrik stansiyalarının olması "Azərenerji"yə danışıqları bərabər tərəfdaş şərtləri ilə aparmağa imkan verib. Rusiya tərəfinin qarşısında təklif olunan şərtlərlə elektrik enerjisi idxalından imtina haqqında şərt qoyulub, bu isə yalnız sərfəli tariflərin saxlanmasına deyil, həm də Azərbaycanın Rusiyaya satdığı elektrik enerjisinin qiymətinin artmasına səbəb olub.

Gələn il üçün planlara gəlincə M.Əsgərov qeyd edib ki, bu ilin sonunadək Sumqayıt elektrik stansiyasında buxar-qaz qurğusunun tikintisi başa çatacaq. Bundan başqa, iki yeni güclü elektrik stansiyalarının tikintisinə başlanılacaq. Bunlardan birincisi Səngəçalda 300 MVt gücündə modul elektrik stansiyası, ikincisi isə "Şimal" elektrik stansiyasında 400 MVt gücündə BQQ-dur. Həmçinin Mingəçevirdə ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-in yenidən qurulması üçün tenderin keçirilməsi nəzərdə tutulub.

M.Əsgərovun sözlərinə görə, bütövlükdə Azərbaycanın enerji sistemi özü üçün kifayətdir. Bundan başqa, Gürcüstan və Rusiyaya elektrik enerjisinin ixracının həyata keçirilməsi üçün imkanlar var.

Xəbər lenti

Xəbər lenti