...

Azərbaycan Dövlət Neft Şirkəti Bakı –Novorossiysk boru kəməri ilə öz neftinin ixracını bərpa edə bilər

Energetika Materials 1 Fevral 2007 14:06 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Bakı-Novorossiysk şimal boru kəməri marşrutu ilə öz neftinin nəqlinin bərpa olunması imkanını nəzərdən keçirir. Bu barədə Trend xəbər verir.

Mümkündür ki, fevral ayında bu marşrut üzrə 60 min ton həcmində bir neft partiyası göndəriləcək. Treyderlərin məlumatlarına görə, partiya fevralın 27-28-də 6 və ya 7 saylı yan alma körpüsündən yüklənə bilər. Bu, Dövlət Neft Şirkətinin öz yataqlarında hasil etdiyi öz nefti ola bilər.

Neft parityası hazırda elektrik stansiyaları üçün yanacağın alınması üçün tamamilə neft emalı zavodlarına göndərilən sərbəst həcmdən yarana bilər. Bu onunla izah olunur ki, bu il Azərbaycan Rusiyadan qaz idxalını dayandırıb. Bu qaz elektrik enerjisinin alınması üçün elektrik stansiyalarında yanacaq şəklində istifadə olunurdu.

2006-cı il ərzində Azərbaycan Dövlət Neft Şirkəti ümumilikdə təxminən 3 mln. 462 min ton xam neft ixrac edib. 2006-cı il ərzində ARDNŞ Bakı-Novorossiysk şimal boru kəməri ilə 1 mln. 172 min ton neft ixrac edib (2005-ci ildə - 1 mln. 631 min ton).

Xəbər lenti

Xəbər lenti