...

Xəzər Boru-kəmər Konsorsiumu 2007-ci ilin yanvarında CPC Blend neftinin ixrac həcmini elan edib

Energetika Materials 1 Fevral 2007 16:36 (UTC +04:00)

Bu gün XBK -nin mətbuat xidmətindən verilən məlumata əsasən, 207-ci ilin yanvarında Xəzər Boru-kəmər Konsorsiumu (XBK) səhmdarları "Cənubi Ozereyka - 2" terminalında CPC Blend neft növünün 2,49 milyon tonunu yükləyib. Bu göstərici 2005-ci ilin yanvarında 2,34 milyon ton təşkil edib.

2006-cı ildə səhmdarlar 31,12 milyon ton, 2005-ci ildə 30,5 milyon ton və 2004-cü ildə 22,5 milyon ton neft yüklənib.

Terminalda həcmlərin nəqli və yükləməni həyata keçirən CPC-nin yükgöndərənləri (qoşulma ardıcıllığına əsasən): "Tengizşevroyl" - birinci bağlanmış müqavilələrdən biri - sistemin yüklənmə gücünün əsasını təşkil edən təchizat həcmini təmin edir. "Arman" CPC- Oryx Caspian Pipeline LLC səhmdarı ilə əlaqəli yükgöndərən. Hazırda Shellin mülkiyyətindədir. "Embamunayqaz" və "Kazaxoyl-Aktobə". KTK- Kazakstan Pipeline Ientures LLC səhmdarları ilə əlaqəli yükgöndərəni. "CNPC-Aktobemunayqaz" - terminalda Qazaxıstan hökumətinin icazəsi hüquq ilə həcmin nəqli və yükləməsini təmin edir. "Litasko" - CPC -LUKARKO B.V.-nin əlaqəli yükgöndərən səhmdarı. "Karaçaqanak Petroleum Opereytinq B.V." - "Tenqizşevroyl"dan sonra nəql olunan neftin ikinci yükgöndərəni, KTK səhmdarları ilə əlaqəli. "NaftaTrans" QSC və onunla əlaqəli şirkətlər Rusiya Federasiyasının icazə hüquq ilə Rusiyanın neft istehsalçılarının neftini KTK-yə çatdırmaq.

Xəbər lenti

Xəbər lenti