...

"Azərenerji" yeni modul stansiyanın istehsal həcmini elan edib

Energetika Materials 5 Fevral 2007 17:34 (UTC +04:00)

Astarada modul stansiyanın birillik istifadəsi müddətində 362,2 milyon kVt/saat elektrik enerjisi əldə olunub. Bu göstərici onun işə salınması vaxtında proqnozlaşdırılan göstəricidən 50 milyon kVt/saat çoxdur. Bu barədə Trend ə "Azərenerji" SC-nin mətbuat xidmətindən məlumat verilib.

İstehsal olunan elektrik enerjisinin şərti vahidinə yanacaq sərfi 268,4 qrama çatdırılıb. Hazırda stansiyada əlavə avadanlığın quraşdırılmasına hazırlıq gedir. Bu avadanlıq hazırda mümkün normaları artırmağa qoymayan blokların vibrasiya səviyyəsini azaldacaq.

Astara modul stansiyasının birillik istifadə müddətində stansiyadan İrana 50 milyon kVt/saat elektrik enerjisi ixrac olunub.

Tikinti üzrə podratçı analoji stansiya tiplərində olduğu kimi Wartsila fin şirkətidir.

Azərbaycan prezidentinin göstərişinə əsasən, "Azərenerji" SC-nə Bakı, Naxçıvan, Astara, Xaçmaz və Şəki rayonlarında quraşdırılacaq 52 bu cür stansiyanın tikintisini təmin etmək tapşırılıb. 2006-cı ildə Bakı YEM - 2 ərazisində 12, Naxçıvanda 10, Xaçmaz və Şəki üzrə 10 bu cür elektrik stansiyalarının quraşdırılacaq. Onlar "Azəriqaz" QSC-nin təchiz etdiyi qazla işləyəcək. Bu elektrik stansiyaları hər birinin gücü 8,7 MVt olan enerji modullarından ibarətdir.

Bu stansiyaların tikilməsi Azərbaycanda istehsal olunan elektrik enerjisinin həcmini 450-460 MVt-a çatdırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti