...

Amerikanın Chevron şirkəti Azərbaycanda əməliyyatların davam etdirildiyini bildirib

Energetika Materials 9 Fevral 2007 18:07 (UTC +04:00)

Chevron Overseas Exploration Limited və Chevron Overseas Petroleum Azerbaijan Limited şirkətlərinin nümayəndəliklərinin bağlanması tam hüquqi rəsmiyyətdir və Amerikanın Chevron şirkətinin Azərbaycanda əməliyyatlarını davam etdirməsinə heç bir təsir göstərməyəcək. Bu barədə Trend ə cümə günü şirkətin Bakı nümayəndəliyindən məlumat verilib.

Şirkətlərin fəaliyyətinin dayandırılması fevralın 8-dən başlayıb. Bütün tələb, iddia və suallar 60 gün ərzində qəbul olunacaq.

"Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi layihəsində Amerika şirkətini Chevron Khazar ltd. təmsil edir. İki digər şirkətin bağlanmasının AÇG layihəsinə heç bir aidiyyatı yoxdur", - deyə şirkətdən bildirilib.

Chevron Overseas Exploration Limited və Chevron Overseas Petroleum Azerbaijan Limited şirkətlərinin bağlanmasına hüquqi zərurət karbohidrogenlərin kommersiya cəhətdən cəlbedici olmayan həcminin aşkar edilməsi ilə bağlı şirkətin "Abşeron" perspektiv dəniz strukturunda işləri davam etdirməkdən imtina etməsindən yaranıb. Şirkət ARDNŞ-ə kompensasiya ödəyib.

"Abşeron" layihəsi üzrə tərəfdaşlar Amerikanın ChevronTexaco şirkəti (operator) - 30%, ARDNŞ - 50% və Fransanın Total şirkəti idi- 20%. Layihənin reallaşdırılmasına nəzərdə tutulan kapital qoyuluşlarının məbləği 3-4 mlrd. ABŞ dolları təşkil edirdi.

Xəbər lenti

Xəbər lenti