10-dan çox beynəlxalq enerji korporasiyası Ceyhanda daimi nümayəndəliklərini açıb, bu isə xarici investorların Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə diqqət göstərməsi ilə bağlıdır. Bu barədə Trend xəbər verir.
Ceyhan Ticarət palatasının rəhbəri Əli Durunun verdiyi xəbərə görə, beynəlxalq şirkətlərin bu layihəyə marağı artır. Əyalətdə nümayəndəlik açmış böyük şirkətlər arasında Rusiyanın "Lukoyl" şirkəti, Avstriyanın "OMV" şirkəti və Hindistanın "Indian Oli Corporation" şirkəti var.
Ə.Durunun sözlərinə görə, Qazaxıstanın "KazMunaiGaz" şirkəti də Ceyhanda neft anbarının tikintisinə maraq göstərir, lakin şirkətin nümayəndəliyi hələ açılmayıb.
Yeni neft və qaz anbarlarının tikintisi 2009-10-cu illərə nəzərdə tutulub.