...

Rövnəq Abdullayev: "ARDNŞ "KazMunayQaz"-la əməkdaşlığını daha da genişləndirmək istəyir"

Energetika Materials 3 Mart 2007 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Qazaxıstanın Milli neft şirkəti "KazMunayQaz"-la əməkdaşlığını daha da genişləndirmək niyyətindədir. Bunu Astanada "KazMunayQaz"-ın beş illiyi münasibətilə təşkil olunan tədbirdə iştirak edən ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə şirkətlər arasındakı münasibətlər qarşılıqlı maraqlar üzərində qurulub və hər iki tərəf üçün əlverişlidi.

"KazMunayQaz" iri həcmdə - 615 mln. ton neft və karbohidrogen ehtiyatlarına malikdir.

"Kəşfiyyat Hasilat "KazMunayQaz" Səhmdar Cəmiyyəti 2006-cı il ərzində 9,5 mln. ton nef və qaz kondensatı hasil edib.

Xəbər lenti

Xəbər lenti