...

Azərbaycan yanvar-fevral aylarında yüngül neftin ixracını artırıb

Energetika Materials 9 Mart 2007 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ 2007-ci ilin yanvar-fevral aylarında "Azəri"-"Çıraq"-"Günəşli" dəniz blokunda fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) müxtəlif istiqamətlərdə 4,7 mln. ton Azeri light markalı neft ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 mln. ton çoxdur.

ABƏŞ-dən verilən məlumata görə, fevral ayı ərzində Bakı-Supsa (qərb marşrutu) kəmərində aparılan təmir işlərinə görə neft ixrac olunmayıb. 2006-cı ilin fevral ayında isə bu marşrutla 534 min ton Azeri light nefti ixrac olunmuşdu.

Bakı-Novorossiysk (şimal marşrutu) kəməri vasitəsi ilə isə 2006-cı ilin fevralında olan 316 min ton neftə qarşı 282,75 min ton neft ixrac olunub.

Gürcüstan istiiqamətində - Batumi limanından (ExxonMobil və Devon şirkətləri istisna olmaqla) 2006-cı ildə olan 438 min ton neftə qarşı bu ilin müvafiq dövründə 240,33 min ton neft göndərilib. Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə fevral ayı ərzində 2 mln. 025 min ton neft ixrac olunub. Bu kəmər 2006-cı ilin iyun ayında istifadəyə verilib.

Xəbər lenti

Xəbər lenti