...

Dövlət Neft Şirkəti yataqlarda neft ehtiyatlarının yenidən qiymətləndirilməsini həyata keçirir

Energetika Materials 13 Mart 2007 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti "Səngəaçal-dəniz - Duvanlı-dəniz - Xirə-Zirə" yatağında neft ehtiyatlarının dəqiqləşdirilməsi işlərini aparır. Bu barədə məlumatı ARDNŞ-dən veriblər. Bu işlər "Dəznizneftqazlayihə" dövlət elmi tədqiqat layihə institutunun "Neft və qaz ehtiyatlarının hesablanması" və "Neft və qaz geofizika" laboratoriyaları tərəfindən aparılır.

Yataqda III, VI və VI "A" bloklarındakı neft ehtiyatlarının dəqiqləşdirilməsi üzrə cənub hissənin struktur layihəsi hazırlanılr.

2006-cı ildə institutun lahboratoriyaları tərəfindən "Qum dəniz" və "Neft daşları" yataqlarında neft ehtiyatlarının dəqiqləşdirilməsi aparılıb. Müasir geofizika metodlarının tətbiqi nəticəsində yataqda yüksək neft və qaz ehtiyatlarının mövcudluğu müəyyən olunub.

Yataqlardakı ehtiyatların qiymətləndirilməsi işləri ARDNŞ-də 5 ildən bir aparılır. 1980-ci ildən bu işləri "Dənizneftqazlayihə" institutu aparır.

Xəbər lenti

Xəbər lenti