...

Qazaxıstan və Türkmənistan neft-qaz layihələrini birlikdə tədqiq edəcəklər

Energetika Materials 27 Mart 2007 14:31 (UTC +04:00)

Qazaxıstan, Astana, /müxbir. Trend K.Konırova / Qazaxıstanın enerji və mineral ehtiyatlar naziri Baktıkoja İzmuxambetov və Türkmənistanın neft sənayesi və mineral ehtiyatlar naziri Q. Atayev Türkmənistan ərazisində neft-qaz layihələrininin həyata keçirilməsi üçün tədqiqat və davamlı hazırlıq üçün birgə işçi qrupunun yaradılması barədə razılığa galiblər. Bu barədə Trend in Astanadakı xüsusi müxbirinə Qazaxıstan energetika nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu barədə razılıq İzmuxambetovun keçən həftənin sonunda Aşxabada səfəri zamanı əldə olunub.

Mətbuat xidmətindən qeyd edildiyi kimi, tərəflər qarşılıqlı maraqları təmsil edən kəşfiyyat, hasilat əməkdaşlığı mövzusunda müzakirələri davam etdirəcəklər.

Xəbər lenti

Xəbər lenti