...

Xarici BM "Günəşli" yatağında qazmada iştirak edəcək

Energetika Materials 30 Mart 2007 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev / Azərbaycan Dövlət Neft Şirkətinin qaz hasilatının artırılması barədə planına uyğun olaraq "Günəşli" yatağında qazma işlərinin artırılmasını ARDNŞ-in "Kompleks qazma işləri" tresti və Azeri Drilling Company Ltd. BM birgə həyata keçirəcək. Bu barədə ARDNŞ-dən məlumaht veriblər.

Azeri Drilling "Günəşli- 13" platformasında "Günəşli" yatağının azsulu hissəsində ikinci qazma buruğunu quraşdıracaq. Bu platformadan 20 qaz quyusu qazılacaq. Bu ilin sonuna qədər isə platformadan 10 quyu qazılacaq. Azeri Drilling yaxın zaamanalarda "Günəşli- 11" platformasında daha bir qazma qurğusu quraşdıracaq. Burdan 6 yeni qaz quyusu qazılacaq.

Şirkət həmçinin "8 mart" yatağında da ilk quyunu qazacaq. İlin sonuna kimi hər birinin sutkalıq debiti 300-400 min kubmetr qaz olan 3 ədəd dərinsulu quyu qazılacaq.

Bu Birgə Müəssisənin təsisçiləri Azərbayacan Dövlət Neft Şirkəti 35 faiz, "Target Petroleum Azerbaijan Corporation" 35 faiz (şirkət Panama Respublikasınada qeydiyyatdan keçib) və "First Drilling Limited" 30 faiz (Şotlandiya) paya malikdir.

Müəssisənin fəaliyyət dairəsinə neft və qaz quyularının qazılması (həmçinin üfqi və xüsusi qazmalar), sementləmə və quyuların möhkəmləndirilməsi, mənimsəmə, tam və yeraltı təmir, geofiziki araşdırmalar aiddir.

BM-in əsas tapşırığı ən müasir texnologiyalardan istifadə etməklə "8 mart", "Günəşli", Bulla-dəniz" yataqlarında dərin və çox dərinlikdə yerləşən quyuların qazılması olacaq.

Xəbər lenti

Xəbər lenti