...

Baş nazir: Enerji resurslarının daşınması ilə bağlı Azərbaycanla əldə olunmuş razılıqlar əməli fəaliyyətdə həllini tapacaq

Energetika Materials 4 Aprel 2007 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Karbohidrogen eyhtiyatlarının Xəzər vasitəsilə nəqli qanuni həll tələb edir. Beynəlxalq avtomobil daşımalarına icazə sisteminin ləğv olunması əhəmiyyətə malikdir. Bu barədə cərşənbə günü Bakıda Qazaxıstanın baş naziri Kərim Məsimov azərbaycanlı həmkarı Artur Rəsizadə ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Bakıda aparılan danışıqlar zamanı enerji ehtiyatlarının daşınması ilə bağlı əldə olunan bütün razılıqlar əməli işdə həytata keçiriləcək.

Bakı-Tiflis-Ceyhan kəməri ilə neftin birgə nəqli barədə hökumətlərarası saziş əlaqələrin inkişafı üçün yaxşı bir nümunədir. Mən əminəm ki, yaxın zamanlarda bu layihə ilə bağlı nəqliyyat razılaşması üzərində işlər tamamlanacaq",-deyə o bilidirib.

Bu, baş nazir vəzifəsinə yeni təyin olunmuş Kərim Məsimovun ilk xarici səfəridir və Qazaxıstan dövlət başçısının tapşırığına əsasən, bu səfər Azərbaycana baş tutub.

"Azərbaycan və Qazaxıstan arasında bütün sahələrdə əlaqələr yüksək səviyyədədir, amma daha da inkişaf tələb olunur", - deyə Azərbaycanın baş naziri Artur Rəsizadə bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı bütün sahələrdə razılıq əldə olunub.

İki ölkə arasında əlaqələrin dinamik inkişafı əmtəə mübadiləsinin iki dəfə artımında əks olunub.

Kərim Məsimov Artur Rəsizadəni Qazaxıstana səfərə dəvət edib. "Biz bir sıra məsələləri həll etməliyik. Hər iki ölkənin hökumətləri Azərbaycan və Qazaxıstanda baş verən dəyişiklikləri öyrənməlidir",-deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti