...

Nazir müavini: Barmek Azərbaycan hökumətindən yeni məbləğ tələb edib

Energetika Materials 7 Aprel 2007 11:51 (UTC +04:00)
Nazir müavini: Barmek Azərbaycan hökumətindən yeni məbləğ tələb edib

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Barmek Holding-in Azərbaycan hökumətinə qarşı iddiasına əsasən Vaşinqtonun arbitraj məhkəməsində ilk iclas mayın 18-də keçiriləcək. Şənbə günü Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Mikail Cabbarovun bəyan etdiyi kimi, bu dinləmə üçün Barmek Holding yeni sənəd təqdim edib və hazırda Azərbaycan tərəfindən cəlb olunmuş vəkil cavab hazırlayır.

Nazirliyin maraqlarını Amerikanın Gladham Watkins hüquq şirkəti təmsil edir.

O, Barmekin işə yanaşmasını birmənalı hesab etmir. Sənəddə Barmekin paylayıcı şəbəkəyə qoyduğu investisiyaların ödənilməsi üçün Azərbaycan hökumətinə qarşı yeni məbləğ irəli sürməsi barədə sorğu var. Onun sözlərinə görə, şirkət tərəfindən elan olunmuş yeni məbləğ əvvəl şirkətin göstərdiyi 291 mln. dollara qarşı 500 mln. dollar təşkil edir.

"Şirkət həmçinin paylayıcı şəbəkənin aktivlərinin "təhvi-təslim"i çərçivəsində Azərbaycan hökumətinin sonuncu sənədi imzalanma prosesini yubatdığını bildirib", - deyə o qeyd edib.

"Reallıq ondan ibarətdir ki, "təhvil-təslim"in başa çatmasından sonra Barmek Holding-in borcları birləşdirilməli idi. Onlar "Azərenerji" SC-dən əldə olunmuş və şirkətin 5 illik fəaliyyəti dövründə əhalinin istifadə etdiyi elektrik enerjisinə görə borclardır", - deyə nazir müavini bildirib.

Onun fikrincə, bu cür borclar şirkətin uğursuz fəaliyyətinin nəticəsidir.

"Barmek Holding 5 il ərzində borcları toplaya bilməyib və hazırda onları hökumətin öz üzərinə götürməsini təklif edir. Şirkət "Azərenerji" SC-nin borclarını əhalidən toplanmış vəsaitlər hesabına ödəməyi təklif edir", - deyə o bildirib.

Onun sözlərinə görə, bu vaxta qədər Barmek Holding tərəfindən təqdim olunmuş ərizə və sənədlərdə yalnız bir şey görünür: şirkət idarəetmə üzrə müqavilənin mahiyyətini anlamır və ya hansısa səbəbələrə görə düzgün olmayan məlumatlar yayır.

Xəbər lenti

Xəbər lenti