...

"Şahdəniz" yatağında əlavə stasionar platforma quraşdırıla bilər

Energetika Materials 10 Aprel 2007 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "Şahdəniz" layihəsi çərçivəsində "Mərhələ-2"-nin işlənilməsi yataqdan qaz və kondensat hasilatı konsepsiyasından asılı olacaq.

Azərbaycanın neft-qaz sənayesindəki mənbələrdən verilən məlumata görə, əgər "Mərhələ- 2" çərçivəsində yatağın azsulu hissəsi işlənilərsə, əlavə stasionar platformanın quraşdırılması istisna edilmir.

"Amma bu halda çox şey böyük maililiyi olan quyunun qazılması üçün xərclərin qiymətləndirilməsinin səviyyəsindən asılı olacaq",-deyə mənbə bildirib.

Yatağın dərinsulu hissəsinin istismar olunacağı təqdirdə, iri istinad blokunun tikilməsi variantına da baxılacaq.

"Nəzərə alınsa ki, işləri böyük dərinliklərdə aparmaq lazım gələcək, burda dərhal stapellərin modernləşdirilməsi və borudüzən gəminin seçilməsi məsələsi ortaya çıxır",-deyə mənbə qeyd edib.

"Mərhələ- 2" çərçivəsində qaz hasilatının başlanması 2010-2012-ci illərə nəzərdə tutulub.

Layihənin ikinci mərhələsinin həyata keçirilməsi zamanı, Azərbaycan "Mərhələ- 1" çərçivəsində burdan qazın satışı üzrə operator olan Norveçin Statoil şirkətinin xidmətlərindən imtina edə bilər. 2007-ci il ərzində "Mərhələ- 1" çərçivəsində yataqdan 3 mlrd. kubmetrdən çox qaz hasil olunacaq.

Xəbər lenti

Xəbər lenti