...

"Günəşli" yatağında qaz hasilatı 61,4 faizədək artıb

Energetika Materials 12 Aprel 2007 17:12 (UTC +04:00)

Azərbacyan,Bakı/müxbir Trend /Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) tərəfindən müstəqil olaraq işlənən "Günəşli" yatağının azsulu hissəsində birinci kvartalda qaz hasilatı ötən ilin birinci kvartalında 602 mln. kub metrə qarşı 972 mln. kub metr təşkil edib. Bu barədə ADNŞ-dən məlumat verilib. 2008-ci ilə qədər bu yataqda qaz hasilatı iki dəfə artırılacaq.

Bu ilin yanvar-martında yataqda sutkalıq debit keçən ilin analoji dövründə 6,6 mln. kub metrə qarşı 10,8 mln. kub metr təşkil edib. ADNŞ-in "Azneft" istehsalat birliyinin geoloqları tərəfindən aparılmış tədqiqatlarda on neft quyusunun qaz horizontuna keçirilməsi qərarı verilib. Yataqda üç yeni quyu qazılıb. Ümumilikdə bu 13 quyudan 200-400 min kub metr qaz hasil olunur.

Hazırda quyuda iki yeni quyunun qazılması prosesi başa çatdırılıb. Bu quyular aprel-mayda istismara veriləcək. Bu ildə ümumilikdə beş yeni qaz quyusunun qazılıb istismara verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti