...

ABƏŞ "Azəri-Çıraq-Günəşli" yatağında yeni horizontdan qaz hasilatına başlayıb

Energetika Materials 12 Aprel 2007 17:23 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ, operator BP) "Azəri-Çıraq-Günəşli" yatağında neft hasil olunan "Fasilə layı"ndan yuxarıda yerləşən 8-ci horizontda (Balaxanı layı) qaz hasilatına başlayıb. Bu barədə ADNŞ-dən məlumat verilib.

Bu qazın hasilatı onun yenidən laya vurulmasına imkan verəcək, bu da "Azəri-Çıraq-Günəşli" yatağında neft hasilatının artırılmasına və sabitləşdiriləmsinə səbəb olacaq. "Fasilə layı"ndan yuxarıda yerləşən horizontlarda işlər yeni müqavilənin bağlanmasını tələb etmir.

Eskpertlərin qeyd etdiyi kimi, ADNŞ Balaxanı layının, o cümlədən, "Günəşli" yatağının azsulu hissəsinin işlənməsi ilə məşğuldur. Burada hasilat şəxsi gücün hesabına həyata keçirilir. Yalnız bu il ADNŞ qaz hasilatını artırmaq üçün 13-20 quyu qazmaq niyyətindədir. "Azəri-Çıraq-Günəşli"də hasilatın bölüşdürülməsi üzrə saziş 1994-cü ilin sentyabrında imzalanıb və 30 il müddətinə "Azəri-Çıraq-Günəşli" yatağının müqavilə sahəsinin işlənməsini nəzərdə tutur. Qiymətləndirməyə əsasən, müqavilənin fəaliyyət dövrü ərzində 5,4 mlrd. barrel neft hasil olunacaq.

"Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları: BP (operator - 34,1 faiz ), Chevron (10,2 faiz), ADNŞ (10 faiz), INPEX (10 faiz), Statoil (8,6 faiz), ExxonMobil (8 faiz), TPAO (6,8 faiz), Devon (5,6 faiz), ITOCHU (3,9 faiz) və Hess (2,7 faiz).

Xəbər lenti

Xəbər lenti