...

Qazaxıstanın Manqistauz vilayətinin başçısı: "Neft-qaz müqavilələrindən 25 milyard dollarlıq investisiyalar gözlənilir"

Energetika Materials 17 Aprel 2007 12:48 (UTC +04:00)
Qazaxıstanın Manqistauz vilayətinin başçısı: "Neft-qaz müqavilələrindən 25 milyard dollarlıq investisiyalar gözlənilir"

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ 10 il ərzində Qazaxıstanın Mangistauz vilayətinə neft-qaz müqavilələrindən 25 milyard dollarlıq investisiyalar gözlənilir. Bu sözləri Mangistauz vilayətinin akimi Krımbek Kuşerbayev Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşündə söyləyib.

Onun sözlərinə görə, "Kaşaqan" yatağından 200 milyon ton həcmində neftin hasil olunacağı gözlənilir. Bu neftin bir hissəsi Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql ediləcək. Dünya Bankının hesablamalarına əsasən 2015-ci ildə regiondan keçəcək nəqliyyat dəhlizlərinin yaradılması üçün 1,5 milyard dollar tələb olunacaq.

Azərbaycanın iqtisadi inkişaf naziri qeyd edib ki, Qazaxıstanın Mangistauz vilayətinin akimi ilə görüş iki ölkə arasındakı əlaqələrin inkişafına yardım göstərir.

Öz növbəsində Kuşerbayev Azərbaycan tərəfini yaxın 3 ildə vilayətdə gerçəkləşdiriləcək layihələrlə tanış edib və Babayevi vilayətə səfərə dəvət edib.

Xəbər lenti

Xəbər lenti