...

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti: Bakı-Supsa net kəməri ilin sonunda işə düşəcək

Energetika Materials 18 Aprel 2007 18:54 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti: Bakı-Supsa net kəməri ilin sonunda işə düşəcək

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/Gürcüstan ərazisində Bakı-Supsa neft kəmərinin 800 metri dəyişdiriləcək və onların çəkiliş marşrutu dəyişdiriləcək. Bu barədə çərşənbə günü ADNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib.

"Bu boru kəmərinin Gürcüstan ərazisində bir hissəsinin problemi var, sürüşmələr mövcüddür. Buna görə də biz boru kəmərinin yerini 800 metr dəyişdirmək və ilin sonunda işi bərpa etmək istəyirik", - deyə o bildirib.

Bakı-Supsa boru kəməri vasitəsilə neftin ötürülməsi keçən ilin noyabrından dayandırılıb. "Çıraq" yatağında hasil olunan (operator BP) və Bakı-Supsa boru kəməri vasitəsilə nəq olunan yüngül neft həcmi Bakı-Novorossiysk şimal marşrutuna və dəmir yoluna istiqamətləndirilib. Lakin 1 aprel 2007-ci il tarixindən BP müqavilə sahəsində hasil olunan xammalın bütün həcmini Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə ötürür.

Bu, boru kəmərinin layihə ötürücülük gücü - sutkada 1 mln. barrel gücünə keçməsi ilə izah olunur.

Xəbər lenti

Xəbər lenti