...

Azərbaycanda şəxsi elektirk stansiyaları tikiləcək

Energetika Materials 27 Aprel 2007 18:12 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/ Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi Koreyanın KEPKO və STX şirkətləri ilə ölkədə şəxsi elektrik stansiyalarının (Independent Power Plant) tikintisi layihəsi üzrə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb. Bu barədə cümə günü nazirlikdən məlumat verilib. Layihənin texniki-iqtisadi əsaslandırılmasını hazırlamaq üçün bir sıra xarici şirkətlər dəvət olunub, lakin hələlik birinci memorandum imzalanıb.

Danışıqlar həmçinin İngiltərənin International Power və Dion Overseas şirkətləri ilə də aparılıb.

"Məqsədimiz bir sıra xarici firmaların hazırladıqları layihələrlə tanış olaraq Azərbaycan üçün daha uyğun vairantlar seçməkdir. Buna görə də birgə çıxış edən KEPKO/STX şirkətləri ilə yanaşı, layihənin texniki-iqtisadi əsaslandırılmasına digər şirkətləri də cəlb etmək planlaşdırılır", - deyə nazirlikdən bildirilib.

Azərbaycanda ümumi gücü 1000 MVt və 10 faiz xarici şəxsi investisiya ilə iki şəxsi elektrik stansiyasının tikintisi planlaşdırılır. Hazırda stansiyaların yeri ilə bağlı bir neçə variant nəzərdən keçirilir. Stansiyaları Bakı və Gəncədə tikmək nəzərdə tululur və ya hər iki stansiya paytaxtda yerləşəcək.

Xəbər lenti

Xəbər lenti