...

Nazir: "Azərbaycan və Belarus neft emalı imkanlarının tədqiq edilməsi üzrə işçi qrup yaradıb"

Energetika Materials 3 May 2007 13:02 (UTC +04:00)
Nazir: "Azərbaycan və Belarus neft emalı imkanlarının tədqiq edilməsi üzrə işçi qrup yaradıb"

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycan və Belarus Azərbaycan neftinin Belarusun neft emalı zavodlarında emalı məsələsinin tədqiqi üçün birgə işçi qrup yaradıb. Bu barədə cümə axşamı Bakıda Belarusun ticarət naziri Aleksandr İvankov bəyan edib.

Onun sözlərinə görə, Belarusun böyük gücə malik neft emalı zavodları var. Bu ölkənin neft emalı zavodları orta hesabla ay ərzində 1,5-2 mln. ton neft emal edir.

Azərbaycan hər il özünün iki neft emalı zavodunda 6 mln. ton neftdən çox neft emal edir. Bu neft Dövlət Neft Şirkətinin şəxsi yataqlarında hasil etdiyi neftdir. Neft məhsullarının bir hissəsi daxili bazarda reallaşdırılır, digər hissəsi - ixrac olunur, xüsusən də Gürcüstan və digər ölkələrə.

Azərbaycan hökuməti hesab edir ki, yanacaq sürtgü yağlarına olan indiki qiymətləri nəzərə alaraq, ölkə neftinin Belarusun neft emalı zavodlarında emalı effektivdir. Lakin bu gün əvvəllər Belarus tərəfindən təklif olunmuş Belarus ərazisindən neftin Avropa bazarlarına ötürülməsi imkanı istisna edilir.

2007-ci ilin tədbirlər planına birgə investisiya layihələrinin həyata keçirilməsi imkanlarının tədqiqi və karbohidrat xammallı yataqların axtarış, kəşfiyyat və mənimsənilməsində geofiziki, qazma və digər işlər üzrə tenderlərdə iştirak, elmi-texniki əməkdaşlığın təşkili daxildir.

Xəbər lenti

Xəbər lenti