...

Azərbaycan "Şahdəniz" yatağında qaz hasilatını 1 mlrd. kub metrədək artırmağı planlaşdırır

Energetika Materials 4 May 2007 16:32 (UTC +04:00)
Azərbaycan "Şahdəniz" yatağında qaz hasilatını 1 mlrd. kub metrədək artırmağı planlaşdırır

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) "Şahdəniz" layihəsi üzrə əməkdaşları ilə bu yataqda hasilatın "Mərhələ-1" çərçivsəində ildə 1 mlrd. kub metrədək artırılması imkanını müzakirə edir. Bu barədə cümə günü Xəzər İşçi İnteqrasiya Klubunun rəhbəri ilə görüşdə ADNŞ-in qaz əməliyyatları departamentinin rəhbəri Kamal Abbasov məlumat verib.

Onun sözlərinə görə, "Şahdəniz" yatağında qaz həcminin artırılması 2008-ci ildə baş verə bilər.

"Hazırda bu məsələ və qaz hasilatının artırılması üçün investisiyalar məsələsi müzakirə olunur", - deyə o bildirib.

"Şahdəniz"in işlənməsi üzrə layihənin "Mərhələ-1" çərçivəsində plato mərhələsində ildə 8,6 mlrd. kubmetr qaz hasil olunacaq. 2007-ci ildə "Şahdəniz"dən 2,8 mlrd kub metr qaz hasil olunacaq. Hasilat həcminin plato mərhələsində 1 mlrd. kubmetrədək artırılması nəticəsində əməkdaşlar 9,6 mlrd. kub metrədək qaz əldə edə biləcək.

Abdullayev bildirib ki, bu əlavə qaz Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud olan müqavilələr çərçivəsində satılmayacaq. "Bu, tamamilə başqa qiymət olacaq", deyə o, bildirib.

Abdullayev qeyd edib ki, yataqda 24-25 may tarixində növbəti quyu istismara veriləcək. Hazırda "Şahdəniz"də sutkada 10 mln. kub metr qaz hasil olunur.

Yanvar-martda "Şahdəniz"də 172,25 mln. kub metr qaz (proqnozdan 23 faiz çox) hasil olunub. Martda yataqda 115,34 mln. kub metr qaz hasil olunub.

Xəbər lenti

Xəbər lenti