...

2007-ci ildə ARDNŞ ABƏŞ-dən 3 mlrd. kubmetr səmt qazı alacaq

Energetika Materials 4 May 2007 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev / 2007-ci ildə ARDNŞ "Azəri-Çıraq-Günəşli" yatağından 3 mlrd. kubmetr səmt qazı alacaq. Bu barədə cümə günü Xəzər İşgüzar İnteqrasiya klubunun görüşündə ARDNŞ-in qaz əməliyyatları departamentinin rəhbəri Kamal Abbasov məlumat verib.

Onun sözlərinə görə, hazırda ARDNŞ bu yataqdan 7 mln. kubmetrdən çox səmt qazı hasil edir.

"Azəri-Çıraq-Günəşli" yatağı bp başda olmaqla Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AMOK) ilə birgə istismar olunur. Səmt qazı neftlə birgə hasil olunur. ABƏŞ neft-qaz əməliyyatları üçün lazım olmayan səmt qazının bir hissəsini təmannasız olaraq ARDNŞ-ə verir.

ARDNŞ həmçinin öz yataqlarında səmt qazı hasil edir. Azərbaycanda 57 neft-qaz yatağı mövcuddur. Onlardan 18-i dənizdə, digərləri isə quruda yerləşir.

Xəbər lenti

Xəbər lenti