...

Apreldə Azərbaycanda koksun istehsalı bərpa edilib

Energetika Materials 7 May 2007 12:48 (UTC +04:00)
Apreldə Azərbaycanda koksun istehsalı bərpa edilib

Azərbaycan, Bakı / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) neft koksunun istehsalını bərpa edib. Bu barədə ARDNŞ-dən verilən məlumatda bildirilir. Yanvar-aprel aylarında Heydər Əliyev adına Neft Emalı Zavodunda (keçmiş "Azneftyanacaq") 2,71 min ton koks istehsal edilib.

Bu ilin birinci rübündə neft koksunun istehsalı planlaşdırılmayıb. Lakin buna baxmayaraq, yanvar və fevral aylarında koks az miqdarda olsa da, istehsal edilib. Martda isə ümumiyyətlə koksun istehsalı dayandırılmışdı. Respublikada yanvar-mart aylarında neft koksunun istehsalının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 21,96 min ton azdır (89 faiz).

Ümumiyyətlə, 2006-cı ildə 67,24 min ton koks istehsal edilib. 2005-ci ildə isə müəssisədə neft koksu istehsal olunmayıb.

Azərbaycanda istehsal edilən neft koksunun əsas istehlakçıları rolunda Rusiyanın alüminium zavodları çıxış edir.

Xəbər lenti

Xəbər lenti