Azərbaycan, Bakı/ Trend / Bu ilin 4 ayı ərzində "Azərenerji" səhmdar cəmiyyəti dövlət büdcəsinə 24,9 mln manat köçürüb ki, bu da ötən ilin müvafiq dövrü ilə nisbətdə 3,6 dəfə çoxdur. Bu barədə SC-nin mətbuat xidmətindən məlumat verilib.
Dövlət büdcəsinə ödəmələrin artmasına əhali və digər abonentlər üçün sayğacların quraşdırılması yardım edir. Bunun nəticəsində tələbat azalır və tədarük olunmuş enerjiyə görə ödəniş artır.