...

ADDY-nin rəhbəri: "Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatması 2009-cu ildə nəzərdə tutulur"

Energetika Materials 17 May 2007 13:54 (UTC +04:00)
ADDY-nin rəhbəri: "Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatması 2009-cu ildə nəzərdə tutulur"

Qazaxıstan,Astana/müxbir Trend K.Konırova/Bakı (Azərbaycan) - Tbilisi (Gürcüstan) - Qars (Türkiyə) marşrutu üzrə dəmir yolunun tikintisinin başa çatması 2009-cu ildə nəzərdə tutulur. Bu barədə cümə axşamı Astanada Azərbaycan Dövlət Dəmir Yolunun rəhbəri Arif Əsgərov bildirib.

"Biz tikintini bütün lazımi sənədlərin rəsmiləşdirilməsi və bütün tenderlərin başa çatmasından sonra iyunda başlamağa hazırlaşırıq. Tikinti iki il ərzində aparılacaq və biz tikintini 2009-cu ildə başa çatdırmağı planlaşdırırıq" - deyə Əsgərov bildirib.

Mayın sonuna qədər Türkiyənin "Yukcell Domonik" şirkəti Türkiyə-Gürcüstan sərhədindən Axalkalakiyə (Gürcüstan) qədər olan magistral dəmir yolu sahəsinin tikintisi üzrə layihə sənədlərini təqdim edəcək. "Yukcell Domonik"in paketinə dəmir yolu üçün torpaq sahələrinin alınması və bilavasitə tikinti məsələləri də daxil ediləcək.

Türkiyə-Gürcüstan sərhədindən Axalkalakiyə (Gürcüstan) qədər olan magistral dəmir yolu sahəsi Bakı-Tbilisi-Qars yolunun tikintisi üzrə layihə çərçivəsində tikiləcək. Bakı-Tbilisi-Qars yolunun tikintisi üzrə Azərbaycan hökumətindən koordinator Nəqliyyat Nazirliyi təyin olunub. Hökumətdən Gürcüstana 200 mln. dollar məbləğində kredit ayrılacaq. Vəsaitlər Azərbaycan Dövlət Neft Fondundan təqdim olunacaq.

"Hansı ölkənin törəmə məntəqəsi kimi çıxış edəcəyini indi söyləmək çətindir, çünki yol hələ yoxdur. Bu layihə Orta Asiyanı Avropa ilə birləşdirir və layihədə bütün Orta Asiya ölkələri iştirak edir. Həmin ölkələr yüklərini Azərbaycan vasitəsilə Çinə, Gürcüstana, Avropaya və geriyə göndərə bilərlər" - deyə Əsgərov əlavə edib.

Xəbər lenti

Xəbər lenti