...

XİN rəhbəri: Macarıstan Azərbaycan qazını idxal etmək niyyətindədir

Energetika Materials 18 May 2007 19:17 (UTC +04:00)
XİN rəhbəri: Macarıstan Azərbaycan qazını idxal etmək niyyətindədir

Azərbaycan, Bakı/ Trend / Macarıstan Azərbaycan təbii qazını idxal etməyə hazırdır. Cümə günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşündə Macarıstan xarici işlər naziri xanım Kinqa Gönts bildirib ki, Azərbaycan Macarıstana ixrac etmək üçün kifayət qədər qaz ehtiyatına malikdir. Bu barədə məlumatı nazirlik yayıb.

Görüşdə Macarıstan baş nazirinin xarici məsələlər üzrə müşaviri Biro Zoltan, Macarıstanın Azərbaycandakı səfiri İştvan Sabo, "MOL" Macarıstan Milli Neft Şirkətinin prezidenti Zolt Hernadi iştirak edib.

Görüşdə "MOL" Milli Neft Şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda kəşfiyyat və istismar prosesində iştirakına dair məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti