...

ARDNŞ Azeri Light neftini birbaşa müqavilə ilə satmağa hazırlaşır

Energetika Materials 25 May 2007 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ İyunun sonunda Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) Tailandın "PTT Public Company Limited" şirkətinə 1 mln. barel neft satmağı planlaşdırır. Bu barədə ADNŞ-dən verilən məlumatda deyilir.

Partiyanın yüklənməsi ADNŞ-lə "PTT" arasında fevralın 28-də birbaşa tədarüklə bağlı imzalanan müqavilə çərçivəsində baş tutacaq. Neftin yüklənib-göndərilməsi Türkiyənin Ceyhan limanında olacaq. Neft buraya Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə çatdırılacaq.

Mayda ADNŞ "PTT"yə 1 mln. barel Azeri Light markalı neft satıb. ADNŞ müvafiq müqavilə çərçivəsində ayda bir dəfə "PTT" üçün Tailandın neft emalı zavodlarına 1 mln. barel neft göndərməyi planlaşdırır.

"PTT" Tailandın iri neft şirkətidir. Bu şirkət neft-qaz hasilatı, emalı, habelə neft məhsullarının nəqli və idxal-ixracı ilə məşğuldur.

"PTT" Tailandda fəaliyyət göstərən dörd neft emalı zavodunda iştirak payına malikdir. Həmin zavodların sutkalıq emal gücü 925 min barelə bərabərdir.

Hazırda ADNŞ öz neftinin Ceyhan limanından birbaşa satışı (ABŞ və Uzaq Şərqə) ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, ADNŞ yüngül nefti 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" çərçivəsində "Azəri-Çıraq-Günəşli" yatağında hasil edir.

Xəbər lenti

Xəbər lenti