Azərbaycan, Bakı /müxbir Trend İ.Xəlilova/ Energetika sahəsində layihələrin reallaşdırılması üçün 2006-cı ildə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 390 mln. avro məbləğində maliyyə təqdim edib. Bu barədə AYİB-in illik hesabatında bildirilib. Bununla yanaşı Avropa bankı layihələrin dəstəklənməsinə daha 900 mln. avro cəlb edib.
Bu maliyyələşmədən vəsaitlər alan ölkələrin siyahısına Azərbaycan, Albaniya, Ermənistan, Bosniya və Hersoqovina, Gürcüstan, Polşa və Rusiya aiddir. Maliyyələşdirmə özəl sektora kredit, səhmdar kapitala investisiyalar, milli valyutada (rublla) maliyyələşdirmə, dövlət zəmanəti ilə və dövlət zəmanəti olmadan kreditlər fomasında təqdim olunub.
Energetika sahəsində enerji effektliyinin artırılması məqsədilə 55 mln. avro investisiya və istehsal obyektləri sahəsinə investisiyaları nəzərə almaqla 310 mln. avro cəlb olunub. 2006-cı ildə ən gözəçarpan layihə Azərbaycanda AzDRES elektrik stansiyasının müasirləşdirilməsi layihəsidir. Ölkənin ən böyük elekrtik stansiyalarından biri olan elektrik stansiyasında enerji effektliyinin yüksəldilməsi üzrə tədbirlər və onun mazutdan qaza keçidi nəticəsində karbon tullantıları həcminin kəskin azaltmağa imkan verəcək.
Layihənin 97,3 mln. avroluq dəyərinin 87,3 mln avrosunu Avropa bankı ayırıb, qalan hissə isə Azərbaycan hökumətinin payına düşür. Bu elektrik stansiyası Azərbaycanda istehlak olunan elektrik enerjisinin böyük hissəsini istehsal edir.