...

Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında dərin qatlarda olan qazın hasilatı üçün yeni konsepsiya lazımdır (video)

Energetika Materials 1 İyun 2007 16:58 (UTC +04:00)
Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında dərin qatlarda olan qazın hasilatı üçün yeni konsepsiya lazımdır (video)

Azərbaycan, Bakı /müxbir Trend S.Əliyev/"Azəri-Çıraq-Günəşli" yatağında dərin qatda olan qaz ehtiyatlarının işlənməsi üçün yeni konsepsiya, yeni platformaların tikintisi və yeni quyuların qazılması lazımdır. Bu barədə cümə günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, yataqda "mavi yanacaq" ehtiyatlarının işlənməsi infrastruktura və bu yataqlar blokunda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən həyata keçirilən və operatoru BP olan neft istehsalına heç bir aidiyyəti yoxdur. Hasil olunmuş qazın nəqli zamanı yanacağın sualtı boru kəməri vasitəsilə sahilə çatdırılması və Cənubi Qafqaz qaz kəməri ilə ixrac olunması üçün mövcud qaz nəqletmə infrastrukturu istifadə oluna bilər.

Hazırda Azərbaycana böyük maraq var və onun qaz ehtiyatlarına Fransanın "Gaz de France" şirkəti maraq göstərir. Bu şirkət "Azəri-Çıraq-Günəşli" yatağında dərin qatlarda olan qazın işlənməsində maraqlıdır. "Fasilə layına" qədər layların işlənməsi üzrə operator olan BP respublikanın Dövlət Neft Şirkətinə öz təkliflərini təqdim edib. "Azərbaycan tamamilə müstəqildir və dərin qatlarda olan qazın işlənməsinə olan hüququ digər şirkətə verməyə tam hüququ çatır", deyə N.Əliyev qeyd edib. Onun sözlərinə görə, əgər "Gaz de France" şirkəti daha yaxşı və effektiv təklif irəli sürsə, bu layihə ona təqdim oluna bilər.

Azərbaycan tərəfindən 1994-cü ildə imzalanmış müqaviləyə əsasən BP və onun "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə əməkdaşları "Fasilə layı"nadək neft horizontlarının işlənməsi hüququna malikdir. Eyni zamanda, müqavilədə qeyd olunduğu kimi, aşağı horizontların işlənməsi başqa müqavilənin predmetidir.

Azərbaycanın digər analoji dəniz yataqlarına əsasən demək olar ki, "Fasilə layı"ndan sonrakı laylar, məhz Nadkirmankinsk və Podkirmakinsk layları və Kala qumludur və karbohidrogenlərə malikdir. Azərbaycan geoloqlarının qiymətləndirmələrinə görə, bu qaz və kondensatdır. Bundan başqa, hadisələrin uğurlu axınında neft haşiyəsi də aşkarlana bilər, bu da əlavə maye karbohidrat ehtiyatları deməkdir.

Xəbər lenti

Xəbər lenti