...

"Azərenerji" yanvar-may aylarında istehsal edilən elektrik enerjisinin həcmini açıqlayıb

Energetika Materials 6 İyun 2007 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Yanvar-may aylarında "Azərenerji" SC təxminən 10 mlrd. kVt/s elektrik enerjisi istehsal edib. Bu barədə SC-nin mətbuat xidmətindən məlumat veriblər. Ötən ilin müvafiq zaman kəsiyində "Azərenerji" tərəfindən 10,809 mlrd. kVt/s elektrik enerjisi istehsal olunub.

Beş ay ərzində istehsal edilən elektrik enerjisindən 8,83 mlrd. kVt/s istilik stansiyalarının və 1,2 mlrd. kVt/s su elektrik stansiyalarının payına düşür.

Mayda qonşu ölkələrlə - Rusiya, İran və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.

Xəbər lenti

Xəbər lenti