Azərbaycan,Bakı /müxbir Trend V.Şərifov/ 11-15 iyun həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin orta qiyməti $70,57/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,93/barr. və ya 1,4 faiz aşağıdır.
11-15 iyun həftəsində AZERI LT neftinin maksimal qiyməti $72,32/barr., minimal qiyməti isə $63,43/barr. təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı isə 0,14 faizdir.
11-15 iyun həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $66,28/barr. təşkil edib. Bu da ötən həftənin orta qiymətindən $0,65/barr. və ya 1 faiz azdır.
11-15 iyun həftəsində URAL neftinin maksimal qiyməti $67,99/barr, minimal qiyməti isə $65,06/barr. təşkil edib.
URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3 faizdir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (yaxud da az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.
11-15 iyun həftəsində Brent Dated neftinin orta qiyməti $70,15/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,25/barr. və ya 1,8 faiz aşağıdır.
Ötən həftə Brent neftinin maksimal qiyməti $72/barr., minimal qiyməti isə $68,77/barr. təşkil edib.
Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36 faizdir.