...

ARDNŞ Novorossiysk kəmərindən neft daşınması ilə bağlı tenderi bağlı elan edib

Energetika Materials 22 İyun 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend /Cümə günü ARDNŞ-dən verilən məlumata görə, ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar üzrə İdarəsi Novorossiysk kəmərindən 615 min barrel REBCO markalı neftin daşınması ilə bağlı tenderi bağlı elan edib. Tenderin qalibi "Oil Refineries LTD" İsrail şirkəti olub. Neftin bu hissəsi 29- 30 iyul tarixində yüklənəcək.

Yanvar ayında ARDNŞ-in Bakı- Novorossiysk kəməri vasitəsilə neft nəqli həyata keçirilməyib. Fevral, mart, aprel və may aylarında Novorossiyskdən hər birinin çəkisi 450 min barrel olan 4 partiya neft yüklənib. İyun ayında 1mln. 200 min barrel həcmində neft satılıb.

Yanvar ayında ARDNŞ-in bu kəmərlə neft nəqlini dayandırması onunla izah olunur ki, praktiki olaraq neft elektrik stansiyaları üçün yanacaq əldə etmək məqsədilə nefi emalı zavodlarına göndərilib.

Bu il Azərbaycan stansiyalarda eletrik enerjisi əldə etmək üçün istifadə olunan Rusiya qazının idxalını dayandırıb.

Yanvar-may ayları ərzində ARDNŞ Bakı-Novorossiysk kəməri vasitəsilə 326 min 395 ton neft ixrac edib. 2006-cı ildə isə 1 mln. 172 min ton neft ixrac olunub. ( 2005-ci ildə isə 1 mln. 631 min ton neft ).

2007-ci ildə Novorossiysk kəmərindən aşağıdakı şirkətlər neft əldə ediblər:

Glencore Energy UK Ltd - fevral (450 min barrel);

REOC Ltd - mart (450 min barrel);

Glencore Energy UK Ltd - aprel (450 min barrel);

Sunoil SA - may (450 min barrel);

Oil Refineries LTD - iyun (1,2 mln. barrel);

Oil Refineries LTD -iyun(615 min barrel).

Xəbər lenti

Xəbər lenti