...

Azərbaycan və KFV kredit müqaviləsi imzalayıblar (video)

Energetika Materials 27 İyun 2007 18:40 (UTC +04:00)
Azərbaycan və KFV kredit müqaviləsi imzalayıblar (video)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Çərşənbə günü Azərbaycan hökuməti ilə Almaniyanın KFV inkişaf bankı arasında AzQRES - İmişli elektrik ötürücü xəttin tikintisi layihəsi ilə bağlı müqavilə imzalanıb.

Sənədi Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov, "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev, bank tərəfindən isə Almaniyanın Azərbaycandakı səfiri Cozef Olver imzalayıb.

Kredit müqaviləsinə əsasən, Almaniya tərəfi Azərbaycan hökumətinin xahişi ilə kredit şərtlərini yumşaldıb.

Razılığa əsasən, kredit eurobor+0 faiz gəlirləri üzrə veriləcək. eurobor+0 isə kredit müqaviləsinin bağlanması anından faizlərə uyğun olaraq müəyyənləşdiriləcək.

Ötən yarım il eurobor ( 2006-cı ilin iyun-dekabr ayları) 3,42% təşkil edib. Enerji layihəsi üzrə borclar iki il güzəştli müddət olmaqla 12 il müddətinə veriləcək.

Layihənin maliyyələşməsi məqsədilə bank layihənin dəyərinin 85%-ni ödəməklə 30 mln. dollar ayırıb.

Layihə AzQRES-dən İmişliyə qədər uzunluğu 195 km olan eleketrik ötürücü xəttin çəkilməsini nəzərdə tutur.

Həmçinin Goranboyda yarımstansiyanın tikintisi və əlavə oyuğun yaradılması yolu ilə İmişli yarımstansiyasında elektrik enerjisi ötürülməsi sahəsinin genişləndirilməsi planlaşdırılır. Elektrik ötürücü xəttin çəkilməsindən sonra xəttin gücü 200 mV- dan 700 mV-dək artacaq.

Xəbər lenti

Xəbər lenti