...

Azərbaycan Dövlət Neft Şirkəti neftin Hindistana birbaşa nəql olunması üçün saziş imzalayıb

Energetika Materials 29 İyun 2007 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir V.Şərifov/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Hindistanın Reliance Petroleum şirkəti ilə yüngül neftin tədarükü üzrə uzunmüddətli saziş bağlayıb. Bu barədə cümə günü ARDNŞ-dən məlumat verilib.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, müqavilə bir il müddətinə imzalanıb. Dövlət Neft Şirkətinin Reliance Petroleum üçün ayda 1-2 mln. barel yüngül neft tədarük edəcəyi gözlənilir.

Neft Türkiyənin Ceyhan limanından daşınacaq. Ceyhan limanına neft Bakı-Tiflis-Ceyhan boru kəməri ilə daşınır. ARDNŞ yüngül nefti "Azəri-Çıraq-Günəşli" yatağında hasil edir.

Xəbər lenti

Xəbər lenti