...

Azərbaycanda koks istehsalı xeyli azalıb

Energetika Materials 8 Avqust 2007 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Cari ilin yanvar-iyul ayları ərzində H. Əliyev adına Bakı neft emalı zavodu 27,68 min ton neft koksu istehsal edib. Bu il neft koksunun istehsalı proqnozlaşdırılmayıb, lakin yanvar və fevral aylarında neft koksu az miqdarda istehsal olunub, ARDNŞ-ın verdiyi məlumatda belə deyilir. Mart ayında koksun istehsalı dayandırılıb, aprel ayında isə bərpa olunub.

Yanvar-may aylarında ölkədə neft koksunun istehsalı ötən ilin analoji dövrünün göstəricisindən 15,61 min ton (36,1%) azdır.

2006-cı il ərzində 67,24 min ton koks istehsal olunub. 2005-ci ildə müəssisədə neft koksu istehsal olunmayıb. Neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti