...

Rusiyalı analitik: "RussNeft"in problemləri Azərbaycandakı layihələrə təsir etməyəcək

Energetika Materials 14 Avqust 2007 19:06 (UTC +04:00)
Rusiyalı analitik: "RussNeft"in problemləri Azərbaycandakı layihələrə təsir etməyəcək

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ ATON investisiya şirkətinin analitiki Artyom Konçin hesab edir ki, "RussNeft" neft şirkətindəki problemlər onun regionlardakı, xüsusilə Azərbaycandakı layihələrinə təsir etməyəcək.

Şirkətin Azərbaycanda iki layihəsi var. 2006-cı ilin noyabrında "RussNeft" Azərbaycanda Zığ-Hövsan yatağının işlənilməsi üzrə layihənin birgə hayata keçirilməsi haqqında ARDNŞ-lə razılaşma imzalayıb.

Bu ilin iyun ayınada şirkət "Binəqədi" quru yatağının işləniməsi üzrə Azərbaycanda ikinci layihəsinə başlayıb.

Konçin həmçinin hesab edir ki, bu vəziyyətin qısa zamanda həll olunacağı gözlənilir. Onun fikrincə, YUKOS-dan fərqli olaraq "RussNeft" ona qarşı irəli sürülən vergi iddialarını ödəyə bilər.

Maliyyə bazarı üzrə federal xidmət (MBFX) "RussNeft"in səhmlərinin əlavə emissiyasını dayandırıb. MBFX hesab edir ki, "RussNeft" istiqrazların buraxılması haqqında məlumatları göstərməməklə emissiya standarlarını pozub. Bundan əlavə şirkət emissiya haqqında informasiyaların açıqlanmasını təsdiq edən sənədləri təqdim etməyib. Öz növbəsində Moskva arbitraj məhkəməsi 2004-2005-ci illər üçün "RussNeft"in 17 mlrd. rubl köçürməli olduğu barədə qərarın qanuni olmasını təsdiq edib.

Xəbər lenti

Xəbər lenti