...

Gürcüstan ərazisindən iyul ayınada Bakı-Tiflis-Ceyhan vasitəsilə təqribən 2 mln. ton neft nəql olunub

Energetika Materials 16 Avqust 2007 17:28 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtsxalia/ İyul ayı ərzində Bakı-Tiflis-Ceyhan neft kəməri ilə Gürcüstandan 2,9 mln. ton neft nəql olunub. Gürcüstanın neft və qaz korporasiyasından bildirilib ki, kəmərlə nəql olunan neftin həcmi daima dəyişilsə də artım tempi müşahidə olunur. Yanvar ayında kəmərlə 1,6 mln. ton, fevralda 2 mln. ton, mart və aprel aylarında bərabər olaraq 2,2 mln. ton, may ayında 2,8 mln. ton, iyun ayında isə 2,4 mln. ton neft nəql olunub.

Sentyabr ayında bu boru kəməri ilə neft nəqlinin nəzərəçarpacaq dərəcədə azalacağı gözlənilir. Bunun da səbəbi sentyabrın əvvəlində 18 günlük "Azəri"-"Çıraq"-"Günəşli" yataqlarında hasilatın və ixracın dayandırılmasının planlaşdırılması ilə əlaqədardı.

BTC ilə neftin nəqlinə 2005-ci ilin may ayından başlanılıb. İyulun sonuna qədər BTC kəməri ilə nəql olunan neftin və kondensatın ümumi həcmi 180,1 mln. barel (24 mln. tondan çox) təşkil edib. Kəmərin iyul ayında sutkalıq orta buraxılış gücü 700 min barel neft təşkil edib. BP 2008-ci ilin sonunda bu kəmərlə sutkada 1 mln. barell neftin nəqlinə nail olmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti