...

Nazir: "Azərbaycan Gürcüstana qaz çatdırlmasına dair müqaviləni uzada bilər" (video)

Energetika Materials 20 Avqust 2007 15:51 (UTC +04:00)
Nazir: "Azərbaycan Gürcüstana qaz çatdırlmasına dair müqaviləni uzada bilər" (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Bazar ertəsi Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin verdiyi məlumata görə, Azərbaycanın xam neftinin Gürcüstana çatdırılması ilin sonuna qədər davam edəcək.

"Biz Gürcüstana xüsusilə ekstremal şəraitdə qaz çatdırılması işində artıq böyük təcrübəyə malikik" - deyə nazir bildirib. Qazın çatdırılmasına dair müqavilə yaxın zamanlarda müddətinin uzadılması məqsədilə yenidən nəzərdən keçirilə bilər.

Hazırda Azərbaycan Gürcüstana təxminən 1,3-1,5 mln. kubmetr xam qaz ötürür. Gürcüstana sutkada təxminən 2,5 mln. kubmetr qaz çatdırılır. 1,3-1,5 mln. kubmetr həcmində Azərbaycan qazı köhnə kəmərlərlə , 1 mln. kubmetr qaz isə "Şahdəniz" yatağından "Cənubi Qafqaz" qaz kəməri vasitəsilə daşınır.

Gürcüstana "Şahdəniz" yatağından 1000 kubmetri 63 dollar olmaqla 1 mln. kubmetr qaz çatdırılır. Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstana 1000 kubmetr qaz üçün qiyməti 120 dollar olmaqla ay ərzində 40-41 kubmetr qaz çatdırılmasına dair müqavilə imzalayıb.

Xəbər lenti

Xəbər lenti