...

Azərbaycan Dövlət Neft Şirkəti Novorossiyskdən neft ixracını azaldır

Energetika Materials 20 Avqust 2007 19:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti Novorossiysk limanından avqust ayındakı 1,2 mln. barellə qarşı 600 min barel (təqribən 83 min ton) həcmində bir neft partiyası göndərmək niyyətindədir. Bu barədə bazar ertəsi ARDNŞ-dən məlumat verilib.

Yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkəti Bakı-Novorossiysk marşrutu üzrə 580,746 ton neft ixrac edib. 2006-cı ildə ARDNŞ bu marşrut üzrə 1 mln. 172 min ton neft (2005-də - 1 mln. 631 min ton) ixrac edib.

2007-ci ildə Novorissiysk limanından ARDNŞ-dən aşağıdakı şirkətlər neft alıb:

Glencore Energy UK Ltd - fevral (450 min barel);

REOC Ltd - mart (450 min barel);

Glencore Energy UK Ltd - aprel (450 min barel);

Sunoil SA - may (450 min barel);

Oil Refineries LTD - iyun (1,2 mln. barel);

Oil Refineries LTD - iyul (1,2 min barel).

Glencore - avqust - (1,2 mln. barel).

Xəbər lenti

Xəbər lenti