...

Almaniya Azərbaycana itgilərin qarşısını almaq üçün elektrik şəbəkəsini modernləşdirməyi təklif edib

Energetika Materials 22 Avqust 2007 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ Almaniya nümayəndə heyəti Azərbaycanın elektrik şəbəkələrinin modernləşdirilməsi və itgilərin qarşısının alınması məqsədi ilə "Baş plan" üzərində işləmək təşəbbüsü ilə çıxış edib. Bu barədə çərşənbə günü Sənaye və Energetika Nazirliyinin yaydığı məlumatda göstərilib. Birgə fəaliyyətlə bağlı təklif sənaye və energetika naziri Natiq Əliyevin Bundestaqın üzvləri ilə görüşündə açıqlanıb.

Almaniya tərəfi bəyan edib ki, təklif Almaniya-Azərbaycan forumunda müzakirə olunacaq.

Azərbaycan və Almaniya arasındakı birgə layihələr oktyabrda Almaniya iqtisadiyyat nazirinin Bakıya səfəri zamanı müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti