Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanda ən iri kimyəvi məhsul istehsalçısı olan "Azərkimya" Sumqayıtın "Etilen-Polietilen" zavodu üçün etilen istehsal edən avadanlığın təmirinə dair açıq tender tender elan edib. Bu barədə məlumat rəsmi mətbuatda yer alıb.
"Etilen-Polietilen" zavodu "Azərkimya"nın tərkibinə daxildir. Tenderdə iştirakın qiyməti 200 manatdır.
Namizədlər sənədləri (son il üzrə maliyyə göstəricisi, potensial imkanları təsdiq edən sənəd) sentyabrın 21-dək təqdim etməlidirlər.
Tender sentyabrın 24-də saat 11.00-da keçiriləcək.