Azərbaycan, Bakı/ Trend / 2007-ci ilin yanvar-iyul aylarında Azərbaycandan neft ixracı 20,33 mln. ton olub. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu dövr ərzində Bakı-Novorossiysk kəməri ilə 1,32 mln. ton neft ixrac olunub. Bakı-Tbilisi-Ceyhan kəməri ilə 15,9 mln. ton neft ixrac olunub. Dəmir yolu ilə göndərilən neftin həcmi isə 3 mln. ton olub.
Bu dövr ərzində Bakı-Supsa kəməri ilə təmir işləri ilə əlaqədar olaraq neft nəql olunmayıb.